İranda qatar relsdən çıxdı: Ölənlər və yaralananlar var

      İranda qatar relsdən çıxdı:    Ölənlər və yaralananlar var
  08 İyun 2022    Oxunub:1404
İranda Məşhəd-Yezd səfərini həyata keçirən qatar qəzaya uğrayıb.
Hadisə yerli vaxtla saat 05:30-da Tebes şəhəri yaxınlığındakı Mezino stansiyasında baş verib. Sərnişin qatarının yeddi vaqonundan beşi relsdən çıxıb. Qəza nəticəsində azı 10 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.
Hadisə yerinə 3 helikopter və 10 təcili yardım maşını göndərilib. Ölən və yaralananların sayının artacağı istisna edilmir. Qəzanın başvermə səbəbləri araşdırılır.

AzVision.az


Teqlər: İran  



Xəbər lenti