Kitabxanaya şortik və maykada gəlmək olmaz - ATU səbəbini açıqladı

   Kitabxanaya şortik və maykada gəlmək olmaz -    ATU səbəbini açıqladı
  08 İyun 2022    Oxunub:1099
Azərbaycan Tibb Universiteti kitabxanaya tələbələrin şortikdə və maykada gəlməməsi barədə yayılan elana aydınlıq gətirib.
Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova AzVision.az -a açıqlamasında burada qeyri-adi adi hal olmadığını bildirib. O qeyd edib ki, bu, tamamilə etikdir və cəmiyyətin qaydalarına dəvət edən qərardır:

"Cəmiyyətdə ictimai yerlərdə geyim qaydalarına uyğun normativləri var. Bura təhsil müəssisəsidir, daxili nizam-intizam qaydalarımız var və bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə də tələbələrin dərsə davamiyyəti kimi baxırıq. Onu da qeyd edim ki, dünyanın ən demokratik hesab olunan ölkələrin də belə ictimai yerlərdə, işdə, o cümlədən təhsil müəssisələrində müəyyən geyim formalarına əməl olunur.

Sizə misal da gətirim, məşhur söz var: "Bir insanın azadlığı digərinin hüquqları başlayan yerə qədərdir". Kiminsə hansısa geyimi özü üçün məqbul hesab etməsi, digərinin etirazı ilə normal yanaşma həddinə qədərdir. Bir tələbənin tərzinə digər tələbənin etirazı ola bilər. Biz bir tələbə istədiyi kimi geyinsin deyə, digərlərinin mövqeyini görməzdən gələ bilmərik. Bura təhsil müəssisəsidir və daxili nizam-intizam qaydalarımız var".



Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti