Piyadanı avtomobillə vurub öldürən sürücü qaçıb

Piyadanı avtomobillə vurub öldürən sürücü qaçıb
  08 İyun 2022    Oxunub:1203
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Böyük Bəhmənli kəndində yolun kənarında dayanmış Aşağı Yağlıvənd kənd sakini T.Ağammədov müəyyən edilməmiş avtomobillə vurulub. Qəza nəticəsində ağır xəsarət alan T.Ağammədov hadisə yerində ölüb. Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti