Paşinyan qalmaqallı məmuru işdən çıxardı

         Paşinyan qalmaqallı məmuru işdən çıxardı
  08 İyun 2022    Oxunub:1148
Ermənistanın baş naziri Nikol Paşinyan Şuşanik Nersisyanı Dövlət Gəlirləri Komitəsinin sədr müavini vəzifəsindən azad edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Paşinyan türk olduğunu “etiraf” etdi - VİDEO
Qeyd edilir ki, Nersisyan sadiq kadrlardan olib və 2018-ci ilin avqustundan Dövlət Gəlirləri Komitəsinin sədr müavini vəzifəsində çalışıb.

Nersisyanın adı 2020-ci ilin aprelində baş verən "siqaret qalmaqalı" ilə daha çox hallanıb. Həmin vaxt məlumat yayılmışdı ki, Rusiya Federal Təhlükəsizlik Xidməti gömrük və sərhəd xidməti ilə birlikdə Krasnodarda Ermənistandan 40 ton siqaret daşıyan Fövqəladə Hallar Nazirliyinin yükünü saxlayıb. Daha sonra isə KİV-də Voronejdə külli miqdarda qanunsuz gətirilmiş erməni siqaretlərinin aşkarlanması ilə bağlı xəbər yayılmışdı. Şuşanik Nersisyanın bu olaylarda əli olduğunu bildirilirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan  



Xəbər lenti