"İnsan hüquqlarından siyasi alət kimi istifadə edirlər"- Natiq Məmmədli

 "İnsan hüquqlarından siyasi alət kimi istifadə edirlər"-  Natiq Məmmədli
  08 İyun 2022    Oxunub:1379
"Azərbaycanda yeni informasiya mühiti formalaşıb".
AzVision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "İnsan hüquqları aylığı" çərçivəsində keçirilən "İnsan Hüquqları media müstəvisində" dəyirmi masada çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün media subyektləri azaddır.

"Biz belə bir qənaətə gəlmişik ki, media etikasına əməl edildiyi halda media ilə bağlı məhkəmələrə gedən şikayətlər də azalar. İnsan hüquqları bu gün böhran keçirir. Azərbaycana münasibətdə insan hüquqlarından bir sıra beynəlxalq təşkilatlar siyasi alət kimi istifadə edirlər. Biz bunlara cavab veririr və davam edəcəyik. Media etik davranış qadalarını əsas götürərsə, insan hüquqları ilə bağlı əsaslı dönüş baş verəcək".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti