"Biz cinayətkarı cinsiyyətinə görə ayırmırıq" - Ombudsman rəsmisi

   "Biz cinayətkarı cinsiyyətinə görə ayırmırıq" -    Ombudsman rəsmisi
  08 İyun 2022    Oxunub:690
İfadə azadlığı tələb edilirsə, ləyaqət hüquqlarının qorunması da unudulmamalıdır.
AzVision.az xəbər verir ki, bu fikirləri Ombudsman aparatının müavini Aydın Səfixanlı "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bəzən mediada uşaqların adı, üzü göstərildikdən uşaq hüquqları pozulmuş olur:

"Cinayəti qadın törətdiyində qəribə başlıq gedir ki, "Qadın cinayətkarın törətdiyi əməl". Biz cinayətkarı cinsiyyətinə görə ayırmırıq. Cinayət edən şəxs qanunları pozur və hüquqi cəhətdən onlar barəsində bu mənada müvafiq tədbirlər görülür".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti