"Media reysterinin yaradılmasına sayılı günlər qalıb"
AzVision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib
N. Məmmədli bildirib ki, media sahəsində reputasiyasını itirmiş media orqanı artıq fəaliyyət göstərə bilmir:
"Uzun müddət reket jurnalistlərinin siyahısı tutulurdu. O siyahıya düşən jurnalistlərdən qurumlar çəkinirdi. Amma artıq bu cür hallar yoxdur. Media reyestrinin yaranmasına sayılı günlər qalıb.
Bu reyestr yarandıqdan sonra oraya daxil olan media subyektlərinin fəaliyyəti, mühiti daha da sağlamlaşacaq. Qurumlarla media arasında əməkdaşlıq vacibdir. Media Agentliyi tərəfindən hər ay müxtəlif qurumlarla təlimlərimiz olur və jurnalistlər bu təlimlərdə bilgilərini təkmilləşdirdikcə hər şey daha da yaxşı olacaq".
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


