"Yalan məlumat yayan bloggerlərin yaratdığı problemlərlə rastlaşırıq"- Hakim

   "Yalan məlumat yayan bloggerlərin yaratdığı problemlərlə rastlaşırıq"-    Hakim
  08 İyun 2022    Oxunub:771
"Biz hər gün məqsədli şəkildə yalan məlumat yayan bloggerlərə, jurnalistika sahəsindən uzaq "jurnalistlərin" yaratdığı problemlərlə rastlaşırıq".
AzVision.az xəbər verir ki, bu fikirləri Sumqayıt Şəhər Məhkəməsinin Hakimi Azər İsmayılov "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, problemdən çıxış yolu tapılmaldır:

"Düşünürəm ki, bu problemlərdən çıxış yolu jurnalistika sahəsində olan peşəkar media nümayəndələri ilə əməkdaşlıq etməkdir. Ciddi media subyektlərinin təmsilçiləri dəqiq məlumatları toplayır və ictimailəşdirir. Bu da hakimlərin, məhkəmələrin işini nisbətən yüngülləşdirir".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti