Çexiya Azərbaycana yeni səfir təyin edib

   Çexiya Azərbaycana yeni səfir təyin edib
  08 İyun 2022    Oxunub:1345
Milan Sedlaçek (Milan Sedláček) Çex Respublikasının Azərbaycanda yeni səfiri təyin olunub.
M.Sedlaçek, bu vəzifədə 2018-ci ildən Çex Respublikasının Azərbaycandakı səfiri olan Milan Ekerti əvəz edəcək. Xatırladaq ki, Milan Sedlaçek Praqada Azərbaycanın Çex Respublikasındakı səfiri Adış Məmmədov ilə görüşüb.

Tərəflər gündəlikdə olan ikitərəfli məsələləri, həmçinin ölkələr arasında əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

AzVision.az


Teqlər: Çex  



Xəbər lenti