Türkiyə İsveç və Finlandiyaya on şərt irəli sürdü
Sənədə əsasən, hər iki ölkə terror təşkilatlarına qarşı mübarizədə Ankaraya dəstəyini bəyan etməli və bu barədə müvafiq qanunvericilik aktları qəbul etməlidir. İsveç və Finlandiya öz ərazilərində PKK ilə əlaqəli bütün təşkilatları, həmçinin onların aktivlərini və media resurslarını bağlamalıdır. Bundan başqa, Ankara Stokholm və Helsinkidən müdafiə sənayesi məhsullarına qoyulan embarqonun ləğvini və terrorçularla əlaqəsi olan şəxslərin ekstradisiyasını tələb edir.
Türkiyə hökuməti, eyni zamanda ölkələrin kəşfiyyat xidmətləri arasında terrorla mübarizədə əməkdaşlıq qurulmasını istəyir.
Bundan öncə Prezident Rəcəb Tayyib Ərdoğan Stokholm və Helsinkinin terror təşkilatlarına, əsasən də PKK və PYD-yə, həmçinin Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunan Fətullah Gülən tərəfdarlarına münasibətini müəyyən etməyənə qədər Ankaranın İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüyünü dəstəkləməyəcəyini dəfələrlə bəyan edib.
AzVision.az
Teqlər: Türkiyə Finlandiya







Vaxtında, Aydın, Lazımlı!


