"Zelenskinin həftədə 7 cümə günü var" - Lavrov

   "Zelenskinin həftədə 7 cümə günü var" -  Lavrov
  08 İyun 2022    Oxunub:1512
Əvvəlcə Rusiya və Ukrayna danışıqlar qruplarının işini bərpa etmək lazımdır və bu kontekstdə top Kiyevin tərəfindədir.
"Sülh sazişinin imzalanması region üçün əhəmiyyətlidir"- Çavuşoğlu
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında görüş perspektivlərini şərh edərkən deyib.

- Zelenski görüş xatirinə görüş istəyir. Onun həftədə yeddi cümə günü var... Əvvəlcə danışıqlar aparan komandalar işi bərpa etməlidirlər. Top iki aya yaxındır ki, ukraynalıların tərəfindədir, – Lavrov qeyd edib.

Lavrov həmçinin fikirlərinə onu da əlavə edib ki, Rusiya tərəfinin saziş layihələrinin növbəti variantı ilə bağlı baxışı aprelin ortalarında Kiyevə ötürülüb.

- O vaxtdan bəri bizə heç bir reaksiya verilmədi, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Lavrov   Ukrayna   Rusiya  



Xəbər lenti