"Şerif" Ukraynada döyüşən məşqçisini istefaya göndərdi

      "Şerif"    Ukraynada döyüşən məşqçisini istefaya göndərdi
  08 İyun 2022    Oxunub:966
Moldovanın məşhur “Şerif” futbol klubu ukraynalı baş məşqçi Yuri Vernidubla əməkdaşlığa xitam verdiyini açıqlayıb. AzVision.az xəbər verir ki, bu barədə Tiraspol klubunun mətbuat xidməti məlumat yayıb.
“Vəziyyətlə əlaqədar və ukraynalı mütəxəssis Yuri Vernidubun xahişi ilə “Şerif” klubunun rəhbərliyi tərəflərin qarşılıqlı razılığı əsasında əməkdaşlığı dayandırıb. Yuri Nikolayeviç Vernidub 2021-ci ilin qışında klubumuzun baş məşqçisi olub. 2021-ci ilin payızında o, "Şerif" klubunu Çempionlar Liqasının qrup mərhələsinə və Avropa Liqasının pley-off mərhələsinə daşıdı. Yuri Nikolayeviç Vernidub klubun tarixində əbədi olaraq qalacaq”, - klubun açıqlamasında deyilir.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Vernidub ölkəsinə qayıdıb və Ukrayna Silahlı Qüvvələrinə qoşulub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Futbol   Şerif  



Xəbər lenti