“Xəzərətrafı rayonlarda çirkab suları dənizə axıdılır"

 “Xəzərətrafı rayonlarda çirkab suları dənizə axıdılır"
  08 İyun 2022    Oxunub:1619
"Hər il Bakı və Abşeron yarmadasında yerləşən çimərliklərdə dəniz suyunun laboratoriyası həyata keçirlir. Bununla yanaşı, sahilyanı ərazilərdə sanitar baxış aparılır".
AzVision.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, Bakı şəhərinin 7 rayonu-Suraxanı, Xəzər, Səbail, Qaradağ, Binəqdi və Sabunçu rayonları, eləcə də respublikanın Şimal və Cənub zonaları və Sumqayıt şəhərində də sahilyanı ərazidə monitorinq aparılıb:

“Xəzərətrafı rayonların bəzi kəndlərində çirkab suları təmizlənmədən dənizə axıdılır və bu da dəniz suyunun baktereoloji çirklənməsinə, insanların bağırsaq çöpü ilə xəstələnməsinə, mədə-bağırsaq pozğunluğuna səbəb olur”.

Z.Kazımov bildirib ki, may ayının 16-dan Xəzər dənizinin suyunun monitorinqi aparılıb: “Lakin may ayının sonu yağışlı olduğu üçün monitorinqlər dayandırılmışdı. İyunun əvvəlindn yenidən analiz götürüldü. İyunun 10-u və 15-i tarixlərində tədqiqatın nəticələri barədə ictimaiyyətə geniş məlumat verəcəyik”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti