Ögey atası ayağından asdı, ofisiant həyatını qurtardı

      Ögey atası ayağından asdı,    ofisiant həyatını qurtardı
  08 İyun 2022    Oxunub:1512
ABŞ-ın Florida ştatında restoranda çalışan ofisiantın diqqəti sayəsində 11 yaşlı uşaq ögey atasının işgəncələrindən qurtulub.
Hadisə ötən ilin əvvəlində Floridada bir restoranda baş verib. Ofisiant Laviane Carvalho restorana gələn və masa arxasında əyləşən ər və arvadın özlərinə yemək sifariş versələr də, uşağa heç nə təklif etmədiklərinə diqqət edib. O, daha sonra uşağın qollarında və üzündə qançırlar olduğunu görüb.

Ofisiant valideyinlərinin diqqətini çəkmədən uşağa içərisində "köməyə ehtiyacın varmı?" yazılmış vərəqi götərib. Oğlan isə bunu təsdiq edərək başını tərpədib. Bundan sonra Laviane 911-ə zəng edib və polis çağırıb.

Araşdırmalar çərçivəsində uşağın ögey atası tərəfindən işgəncələrə və zorakılığa məruz qaldığı məlum olub. Oğlanın işgəncələri Milad günü qapıya ayaqlarından başıaşağı asılmaq və oyuncaq ayıya qandalla bağlanmaq kimi zorakılıqlardan ibarət olub.

Polis ögey atanı həbs edib və ofisiantın diqqətinin bir uşağı ölümdən xilas etdiyini deyib.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti