Tarixin batan ən böyük gəmisi - 18 milyard dollarlıq xəzinə

   Tarixin batan ən böyük gəmisi -    18 milyard dollarlıq xəzinə
  08 İyun 2022    Oxunub:3498
1708-ci ildə İspaniya donanmasına aid "San Xose" gəmisi batdığı zaman onun göyərtəsində 200 tona yaxın qızıl, gümüş və zümrüd olub. Gəmidəki ümumi xəzinənin 18 milyard dollar dəyərində olduğu düşünülür. Kolumbiya ordusu San Xosedən yeni görüntülər paylaşıb.
Düz 300 il əvvəl Karib dənizində İspan gəmiləri ilə Britaniya gəmiləri üz-üzə gəlib. İki tərəfin donanması arasında baş verən qarşıdurmada İspaniyanın “San Xose” gəmisi batıb. Tarixin ən böyük batan gəmisi olan "San Xose" də təxminən 18 milyard dollar dəyərində qiymətli metallar var. 2015-ci ildə tapılan gəmi 1708-ci ildə batarkən Amerikadan Avropaya xəzinələri daşıyırdı.



Mütəxəssislərin fikrincə, "San Xose" dəki qızıl və qiymətli metalların dəyəri 18 milyard dollardır. Gəmidəki qızıl, gümüş və zümrüdlərin ümumi çəkisinin 200 ton olduğu bildirilir.



NTV-də yayımlanan xəbərə görə, okeanın 900 metr dərinliyində batan gəmi ən müasir avadanlıqla görüntülənib. Dənizin dibində minlərlə qızıl sikkə olduğu görülür.



Bundan əlavə batan əşyalar arasında Çin çiniləri də diqqət çəkir. Ərazidə əvvəllər aşkar edilməmiş iki gəminin qalıqları tapılıb. Bu gəmilərin "San Xose"dən 100 il sonra batdığı təxmin edilir.

Onun 18 milyard dollarlıq sərvətinin daha uzun müddət dənizin dibində qalacağı təxmin edilir. 2015-ci ildə gəmi tapılan zamandan İspaniya, Boliviya və Kolumbiya arasında çəkişmə başlayıb. Hər üç ölkə xəzinənin onlara məxsus olduğunu iddia edir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti