5 gün əvvəl itkin düşən kişi qəbiristanlıqda tapıldı

   5 gün əvvəl itkin düşən kişi qəbiristanlıqda tapıldı
  08 İyun 2022    Oxunub:1190
Qazaxda itkin düşən yaşlı kişi huşsuz vəziyyətdə tapılıb.
Rayonun Kosalar kənd sakini, 1949-cu il təvəllüdlü Pənahov İsman Rəsul oğlu huşsuz vəziyyətdə Bala Çaylı kəndinin yaxınlığında olan qəbiristanlıqda aşkarlanıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, İ.Pənahov iyun ayının 3-dən itkin kimi axtarışda idi. (qafqazinfo)

AzVision.az





Teqlər:



Xəbər lenti