Zakir Həsənov “Efes-2022” beynəlxalq təlimini izləyib

   Zakir Həsənov  “Efes-2022” beynəlxalq təlimini izləyib
  08 İyun 2022    Oxunub:1218
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” çoxmillətli təlimini izləyib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib.

Təlimin gecə saatlarında keçirilən mərhələsində aşkar edilən dəniz minasının zərərsizləşdirilməsi və terrorçular tərəfindən zəbt edilən gəminin azad olunması tapşırıqları yerinə yetirilib.
Qeyd edək ki, təlimə Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuz da cəlb edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti