Bu ölkə rus kanallarının yayımını qadağan etdi

Bu ölkə rus kanallarının yayımını qadağan etdi
  08 İyun 2022    Oxunub:1350
Monteneqroda Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya kanalları, eləcə də bir sıra digər telekanallar bağlanıb.
Bu barədə Rusiyanın Podqoritsadakı səfiri Vladislav Maslennikov bildirib.

Avropa İttifaqının "qara siyahı"sına düşməyən "Birinci Kanal" və “Pobeda”nın da ölkədə yayımı dayandırılıb.

Qeyd edək ki, Moskva əleyhinə sanksiyaların altıncı paketi çərçivəsində Avropa İttifaqı Rusiyanın üç dövlət telekanalının yayımını qadağan edib.

AzVision.az



Teqlər:



Xəbər lenti