ABŞ və Çin müdafiə nazirləri görüşəcək

   ABŞ və Çin müdafiə nazirləri görüşəcək
  08 İyun 2022    Oxunub:1681
Çinin müdafiə naziri Vey Finqi və Pentaqon rəhbəri Lloyd Ostin ilk dəfə üz-üzə görüşəcək.

Bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.



Görüş iyunun 10-da Sinqapurda keçiriləcək Şanqri-La Dialoq forumu çərçivəsində baş tutacaq. İki ölkənin müdafiə nazirlərinin forumdan kənar görüşü gözlənilir.



Görüşdə ABŞ tərəfi Tayvan, Honq-Konq, Tibet, Sincan və digər regional, eləcə də qlobal problemləri gündəmə gətirmək istəyir.
AzVision.az





Teqlər:



Xəbər lenti