Uşaqlarda mənşəyi məlum olmayan 700-dən çox hepatit aşkarlanıb
"ÜST uşaqlarda mənşəyi məlum olmayan hepatitlə bağlı monitorinqləri davam etdirir. 34 ölkədən 700-dən çox ehtimal olunan hal qeydə alınıb, daha 112 hadisə araşdırılır", - ÜST rəhbəri bildirib.
Onun sözlərinə görə, azı 38 uşağa qaraciyər transplantasiyası tələb olunub və 10 halda xəstəlik ölümlə nəticələnib.
Mütəxəssislər ümumi gigiyena qaydalarına riayət olunmasını, o cümlədən əllərin hərtərəfli gigiyenası, azyaşlıların tez-tez olduğu yerlərin təmizlənməsi və dezinfeksiya olunmasını tövsiyə edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


