Türkiyədə torpaq sürüşdü, 4 bina sakinləri təxliyə edildi

Türkiyədə torpaq sürüşdü,    4 bina sakinləri təxliyə edildi
  09 İyun 2022    Oxunub:996
Ankaranın Çankaya rayonunda torpaq sürüşməsi baş verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində istinad divarı uçub. 4 bina və 1 gecəqonduda olan sakinlər ehtiyat tədbiri olaraq təxliyə edilib.

Əldə edilən məlumata görə, əyalət boyu yağan güclü yağışdan sonra Birlik məhəlləsi 408-ci küçədə yerləşən 4 mərtəbəli binanın istinad divarı uçub.

Bu arada, park halında 3 avtomobil uçan istinad divarının altında qalıb.

Bildirilib ki, təxliyə edilən mənzillərdə yaşayan vətəndaşların bir qismi yaxınlarının yanına gedib, bir qismi isə bələdiyyə tərəfindən qonaq evlərinə və mehmanxanalara yerləşdirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti