|
| "Rus briqadası 800 itki verib" - Ukrayna Ordusu |
Məqalədə qeyd edilir ki, ABŞ rəsmilərinin sözlərinə görə, Ukrayna hökuməti onlara bir neçə məxfi brifinq və ya əməliyyat planları ilə bağlı təfərrüatlar əldə etmək imkanı verib və Kiyev rəsmiləri amerikalılara hər şeyi demədiklərini etiraf ediblər.
İndi ABŞ casus agentlikləri öz səylərini Rusiya kimi düşmən hökumətlər haqqında məlumat toplamağa yönəldir.
Nəşr yazır ki, Bayden administrasiyası Ukraynaya prezidentin ötən həftə elan etdiyi raket və artilleriya sistemləri kimi yeni imkanlar təklif edib. Kiyev indi daha güclü Qərb silah sistemlərinin gəlməsini gözləyir.
ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns isə bəyan edib edib ki, Ukraynanın daha nə qədər yardım ala biləcəyini demək çox çətindir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


