ABŞ səfiri Lavrovla paralel İrəvan XİN-ə gəlib - VİDEO

   ABŞ səfiri Lavrovla paralel İrəvan XİN-ə gəlib -    VİDEO
  09 İyun 2022    Oxunub:786
ABŞ-ın İrəvandakı səfiri Lin Treysi Rusiya xarici işlər naziri Sergey Lavrovun səfəri ilə paralel olaraq Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında görüntülənib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Lavrov İrəvanda aksiya ilə qarşılandı - VİDEO
Saytlar səfirin XİN binasına gəlməsini əks etdirən qısa videonu da dərc ediblər

Görüntülərdə səfiri bir neçə nəfərin müşayiət etdiyi əks olunub.

Qeyd edək ki, bu dəqiqələrdə Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyanla Sergey Lavrovun görüşü keçirilir.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir gün əvvəl İrəvana işgüzar səfərə gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Səfir   Lavrov   İrəvan  



Xəbər lenti