Toy kortejində avtoşluq edən sürücülər SAXLANILDI + VİDEO

   Toy kortejində avtoşluq edən sürücülər    SAXLANILDI + VİDEO
  09 İyun 2022    Oxunub:2095
İyunun 7-də saat 16 radələrində Binəqədi rayonu ərazisində toy kortejində avtoxuliqanlıq edən “VAZ-21214” və “VAZ-2106” markalı iki avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-dən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin avtomobillərin sürücüləri - İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə onlar 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.



AzVision.az


Teqlər:



Xəbər lenti