"Moskva Şərq Qüvvələri Qrupunu bərpa etməyə çalışır" - Britaniya kəşfiyyatı

   "Moskva Şərq Qüvvələri Qrupunu bərpa etməyə çalışır" -    Britaniya kəşfiyyatı
  09 İyun 2022    Oxunub:984
Donbasda döyüşlər Severodonetsk istiqamətində davam edir. Lakin son 48 saat ərzində Rusiyanın Şərq Qüvvələri Qrupu da İzyumun cənubuna doğru irəliləmək üçün səylərini artırıb.
"Rus briqadası 800 itki verib" - Ukrayna Ordusu
AzVision.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında məlumat verilib.

Qeyd edilir ki, Rusiyanın İzyum istiqamətində irəliləməsi aprel ayında dayandı və bu da Ukrayna qüvvələrinin məlum hücumu ləngitmək üçün ərazidən səmərəli istifadə etməsindən sonra baaş tutdu.

"Rusiya, yəqin ki, Kiyevə uğursuz hücum zamanı çox böyük itkilər verdikdən sonra Şərq Qüvvələr Qrupunu bərpa etməyə çalışırdı. Lakin onun bölmələri çox güman ki, kifayət qədər bərpa olunmayacaq", - hesabatda deyilir.

Həmçinin qeyd edilir ki, Rusiya Federasiyası Severodonetskə daha çox təzyiq göstərmək və Donetsk vilayətinin daha da dərinliyinə
nüfuz etmək imkanı qazanmaq üçün əvvəlki tempi bərpa etməyə çalışır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti