"Kiyevə 240-dan çox tank, 100-ə yaxın zirehli texnika göndərdik" - Duda

   "Kiyevə 240-dan çox tank, 100-ə yaxın zirehli texnika göndərdik" -    Duda
  09 İyun 2022    Oxunub:1374
Polşa Rusiya ordusunun hücumlarına qarşı mübarizəyə yardım çərçivəsində Ukraynaya 240-dan çox tank və 100-ə yaxın zirehli texnika göndərib. xəbər verir ki, bunu Almaniyanın "Bild" nəşrinə müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.
Ukrayna Polşadan 700 milyon dollara 56 artilleriya qurğusu alır
- Ukraynaya ağır silahlar, tanklar lazımdır. Bunlar Kiyevin əsas ehtiyaclarıdır. İki gün əvvəl prezident Zelenski ilə danışdım. O, mənə bir daha müraciət etdi. Biz tanklar göndərdik. Ukraynaya xidmət edə biləcək 240-dan çox tank yola saldıq. Bundan başqa bu ölkəyə 100-ə yaxın zirehli texnika və silah göndərdik. Silahlar, sursatlar, raketlər... Biz cəmi 2 milyard dollar dəyərində silah göndərmişik, - Duda deyib.

Onun sözlərinə görə, Polşa öz ehtiyatlarını artırmaq üçün Almaniyadan müəyyən sayda “Leopard” tankları alamağı planlaşdırır. Lakin bu hələ baş verməyib.

O, həmçinin bütün ölkələri Ukraynaya kömək edə biləcək artilleriya kimi güclü silahlar verməyə çağırıb.

- Bu silahlar Rusiyanın işğalını dayandırmaq üçün lazımdır", - Duda qeyd edib.

Qeyd edək ki, müharibə başlayan gündən Kiyevə həm siyasi-iqtisadi, həm qaçqınlar məsələsi, həm də hərbi cəhətdən ən çox dəstək olan ölkələrdən biri Polşa olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Polşa   Silah  



Xəbər lenti