Avropada dizel və benzinlə işləyən avtomobillərin satışı qadağan olunur
Qəbul edilən qərarla 2035-ci ildən etibarən daxili yanma mühərrikli vasitələrin əvəzinə yalnız elektrik və ya hidrogenlə işləyən yeni avtomobillərin satışına icazə veriləcək. Qərarın ilin sonuna qədər Avropa Şurasının təsdiqi ilə qüvvəyə minməsi gözlənilir.
Sözügedən qərarda ikinci əl avtomobillərin yer almadığı bildirildiyi üçün onların qiymətində artım olacağı gözlənilir. AP-nın deputatı Alexandr Vondra bildirib ki, yYeni qərarla 2035-ci ildən etibarən yalnız elektrik və hidrogenlə işləyən avtomobillər satılacaq: “Təbii ki, elektrikli avtomobillərin qiymətləri akkumulyatorlarına görə seçilir və qiymətlər daxili yanma mühərrikli avtomobillərdən daha bahadır. Bir qədər qeyri-müəyyənlik olacaq. Ona görə də ikinci əl daxilui yanma mühərrikli avtomobillərin də qiymətlərində artım olacaq”.
Nəşr edilmiş hesabatlara görə, bu gün dünyada bir milyarddan çox qalıq yanacaqla işləyən avtomobillər var və onlar dünya karbon qazı emissiyalarının 30 faizindən çoxunu istehsal edir. Avtomobil emissiyası qaydalarının sərtləşdirilməsi Aİ-nin 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazı emissiyalarının 55 faiz azaldılmasına nail olmaq istədiyi “Fit for 55” iqlim paketinin bir hissəsidir.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


