"Muzdluların olduğu mərkəzi raketlə vurduq" - Rusiyalı general

   "Muzdluların olduğu mərkəzi raketlə vurduq" -    Rusiyalı general
  09 İyun 2022    Oxunub:1876
Rusiya Hərbi Hava Qüvvələri Jitomir vilayətində xarici muzdluların olduğu təlim mərkəzini yüksək dəqiqlikli havadan buraxılan raketlərlə məhv edib. AzVision.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov brifinq zamanı deyib.
"Rus briqadası 800 itki verib" - Ukrayna Ordusu
O əlavə edib ki, mərkəzdə əcnəbi muzdlular yenidən hazırlanaraq koordinasiya olunurmuş.

Bundan əlavə, general qeyd edib ki, yüksək dəqiqlikli raketlər gün ərzində iki idarəetmə məntəqəsini məhv edib. Donetskin Razdolovka kəndi yaxınlığındakı Osa-AKM zenit-raket kompleksi, Luqanskın Paraskovievka kəndi yaxınlığındakı sursat anbarı sıradan çıxarılıb. Həmçinin 23 rayonfs canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi nöqtələr vurulub.

Bundan başqa Rusiya artilleriyası sutka ərzində Ukraynanın 300-dən çox əsgər və zabitini, yüzlərlə qoşunların cəmləşdiyi əraziləri və idarəetmə məntəqələrini vurub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   General  



Xəbər lenti