"Üçtərəfli işçi qrupu avtomobil yolunun əlaqələndirilməsini yekunlaşdırır" - Lavrov

 "Üçtərəfli işçi qrupu avtomobil yolunun əlaqələndirilməsini yekunlaşdırır" -  Lavrov
  09 İyun 2022    Oxunub:1053
Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupu Ermənistan və Azərbaycan arasında avtomobil marşrutunun əlaqələndirilməsini yekunlaşdırır. AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Rusiya və Ermənistan XİN başçıları görüşüblər
O qeyd edib ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin iyunda baş tutan görüşünü müsbət qiymətləndirmək olar. Rusiyalı nazirin sözlərinə görə, onlar ritmik şəkildə işləyirlər və hələ də həllini tapmayan məsələləri həll etməyə hazırlaşırlar.

- Bildiyiniz kimi, dəmir yolu marşrutu razılaşdırılıb. Hazırda avtomobil marşrutu və qurulacaq rejim tamamlanmaq üzrədir. Rejim sadələşdiriləcək. Lakin o, mütləq Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq. Burada heç bir qeyri-müəyyənlik ola bilməz, - Rusiya XİN rəhbəri vurğulayıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə qeyd edib ki, proses işgüzar atmosferdə gedir, tərəflər bir çox məsələlərdə razılığa gəliblər. Xüsusilə, onlar bütün yollar ərazisindən keçdiyi ölkələrin suverenliyi çərçivəsində qalacaq və fəaliyyət göstərəcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Lavrov   Ermənistan  



Xəbər lenti