Ərdoğandan Yunanıstana mesaj: "Zarafat etmirəm, ciddi danışıram"

   Ərdoğandan Yunanıstana mesaj:    "Zarafat etmirəm, ciddi danışıram"
  09 İyun 2022    Oxunub:897
"Yunanıstanı Egey dənizindəki adaları qeyri-qanuni silahlandırmasını dayandırmağa dəvət edirəm”

AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, bu məsələdə ciddi danışdığını, zarafat etmədiyini vurğulayıb:
Ərdoğan qeyd edib ki, Türkiyə heç kimin haqq və hüququnu tapdalamaz, eyni zamanda, öz haqlarının tapdanmasına imkan verməz.

"Türkiyə Egey dənizindəki hüquqlarından əl çəkməyəcək, adaların silahlanması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən lazım gəldikdə istifadə etməkdən də çəkinməyəcək".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti