Rusiya Ermənistanda rus məktəblərinin sayını artırmağa çalışır

   Rusiya Ermənistanda rus məktəblərinin sayını artırmağa çalışır
  09 İyun 2022    Oxunub:1782
Rusiya Ermənistanda rus məktəblərinin sayının artırılması üzərində işləyir. AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi brifinqdə deyib.
"Üçtərəfli işçi qrupu avtomobil yolunun əlaqələndirilməsini yekunlaşdırır" - Lavrov
- Biz humanitar istiqamətdə fəal işləyirik, təhsil, elmi və linqvistik məkanın qorunub saxlanılması və möhkəmləndirilməsi ilə məşğul oluruq. Erməni dostlarımızın istəklərini nəzərə alaraq, respublikada rus məktəblərinin sayını artırmaq, erməni rus dili müəllimlırinin ixtisasartırma bacarıqlarının artırılmasına kömək etmək üzərində işləyirik. Həmçinin Rusiya universitetlərində təhsil almaq istəyən Ermənistan vətəndaşları üçün kvotanın artırılmasına da çalışırıq”, - Lavrov deyib.

Onun sözlərinə görə, 2022-ci ildə baş nazirin müavinləri Aleksey Overçuk və Mher Qriqoryanın sədrliyi ilə iqtisadi əməkdaşlıq üzrə növbəti sessiyanın keçirilməsi planlaşdırılır.

- Həmçinin regionlararası forumun, gənclər forumunun keçirilməsi nəzərdə tutulur. Biz İrəvanın mərkəzində Rusiya-Ermənistan dostluğuna dair “Əsrlərin birliyi” abidənin ucaldılmasına hazırlaşırıq, - Rusiya XİN rəhbəri deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Məktəb   Lavrov  



Xəbər lenti