Ərdoğan Azərbaycan generalları ilə birgə təlim izlədi - FOTOLAR

 Ərdoğan Azərbaycan generalları ilə birgə təlim izlədi -  FOTOLAR
  09 İyun 2022    Oxunub:2534
İyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.

Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər.

Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.













AzVision.az


Teqlər:



Xəbər lenti