"4000-ə yaxın şəxs təklif olunan işlərdən imtina edib"

   "4000-ə yaxın şəxs təklif olunan işlərdən imtina edib"
  09 İyun 2022    Oxunub:1000
"Bizim 2972 şəhidimiz, 12721 qazimiz, 80 mindən artıq müharibə iştirakçımız var. Bu günə qədər 17 min şəxslə bilavasitə əlaqə saxlanılıb, 12188 şəxs məğulluq proqramına, 7771 şəxs özünəməşğulluğa cəlb olunub, 4417 nəfər isə işlə təmin olunub".
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, 2400-dən artıq şəxs özəl və dövlət yerlərində işlə təmin edilib.

"1000-dən artıq şəxsi ictimai işlərə cəlb etmişik. 4000-ə yaxın şəxs təklif olunan işlərdən imtina edib. Onlar səbəb kimi məşğulluqlarının mövcud olması və ya bu işlərə ehtiyac olmamasını səbəb göstərib.

1500-dən artıq şəxsin müasir peşələr üzrə prosesə cəlb olunub. İlin sonuna qədər 4000, gələn il üçün 7000-ə, sonrakı il üçün 10 000-ə çatdırmağı hədəfləyirik. Son üç ildə 1 026 peşə kvalifikasiya standartları hazırlanıb. İlin sonuna 1500-ə yaxın standartların yekunlaşdırılması nəzərdə tutulub".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti