Delimxanov: "Müharibə ilin sonuna kimi yekunlaşacaq"

      Delimxanov:    "Müharibə ilin sonuna kimi yekunlaşacaq"
  09 İyun 2022    Oxunub:1284
Rusiya Federasiyası Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov Ukrayna müharibəsi ilə bağlı diqqət çəkən açıqlama verib. Putinin Ukraynaya qarşı döyüşlərdə iştirakına görə medalla təltif etdiyi deputat jurnalistlərə deyib ki, müharibə ilin sonuna kimi yekunlaşacaq.
"Uzaq mənzilli artilleriya ilə Severodonetski üç günə “təmizləyərik”
- Ümid edirik ki ilin sonuna qədər bitirəcəyik. Düşünürəm ki, bu, daha bundan o yana davam etməyəcək. Əminəm ki, bütün bunlara son qoyulacaq və bunun üçün ilkin şərtlər də artıq mövcuddur, - deputat deyib.

Delimxanov həmçinin qeyd edib ki, çeçen bölmələri xüsusi əməliyyat başa çatana qədər Ukrayna və Donbasda qalacaq.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Delimxanovun proqnozunu şərh edərkən qeyri-müəyyən şəkildə deyib ki, “Vəzifələr açıqlanıb, onların yerinə yetirilməsi xüsusi əməliyyatın başa çatması demək olacaq”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Müharibə   Deputat  



Xəbər lenti