"Biz Rusiyanın dəstəyinə ümid edirik” - Paşinyan

         "Biz Rusiyanın dəstəyinə ümid edirik” -  Paşinyan
  09 İyun 2022    Oxunub:862
İrəvan Bakıdan erməni "hərbi əsirlərin" qaytarılması məsələsində, eləcə də Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesində Moskvanın dəstəyinə ümid edir. AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla geniş tərkibdə keçirilən görüşdə deyib.
"Bakının təklifləri və İrəvanın mövqeyi ilə tanışam" - Lavrov
- Ermənistanla Rusiya strateji tərəfdaş və müttəfiqdir. Ona görə də ikitərəfli səfərlərin intensivliyi yüksək olmalıdır. İkitərəfli münasibətlərin gündəliyi genişdir və şaxələndirilib, - Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, hazırkı görüş regional təhlükəsizlik və "Qarabağ problemi" də daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etmək imkanı verir. O əlavə edib ki, bu problemlər rusiyalı həmkarları ilə fəal müzakirə olunur.

Baş nazir onu da xatırladıb ki, bundan əvvəl Moskvada baş nazirin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupunun iclası keçirilib. Bununla bağlı o, tezliklə konkret razılaşmaların əldə olunacağına və nəhayət, bütün region üçün strateji əhəmiyyətli məsələnin həll olunacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli işçi komissiyanın ikinci və üçüncü iclasları müvafiq olaraq Moskva və Brüsseldə keçiriləcək.

- Bu prosesin effektiv olması üçün Rusiyanın dəstəyinə ümid edirik, - Paşinyan Moskvanın onlar üçün önəm daşımasına diqqət çəkib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Lavrov   Rusiya   Sərhəd   Azərbaycan  



Xəbər lenti