Lavrov Fərrux kəndindən danışdı

   Lavrov Fərrux kəndindən danışdı
  09 İyun 2022    Oxunub:1137
"Rusiya hərbçiləri Qarabağda Farux qəsəbəsi ətrafındakı vəziyyəti prioritet hesab edir".

AzVision.az xəbər verir ki, bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Vəziyyətə gəlincə, Rusiya hərbçiləri, bizim erməni dostlarımız bunu yaxşı bilirlər, bunu öz prioritetlərindən biri kimi saxlasınlar. Artıq bu vəziyyətin deeskalasiyası baxımından yerlərdə müəyyən nəticələr var.

Və biz başa düşürük ki, delimitasiya üzrə artıq başlanan əsaslı iş çərçivəsində bu məsələlərə mütləq baxılacaq və həll olunacaq", - Lavrov bildirib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan hərbçiləri martın 24-dən sonra mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi nəticəsində Xocalının Fərrux kəndinə nəzarəti ələ keçirib, bu yaşayış məntəqəsi ətrafındakı Fərrux dağında (1145 metr) – oradakı Daşbaşı yüksəkliyində (1050 metr) mövqe tutub.

Erməni tərəfi dəfələrlə Rusiya hərbçilərindən məsələyə müdaxilə etməyi xahiş etsələr də, Azərbaycan Ordusunun bölmələri Fərruxdakı mövqedən geri çəkilməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti