Ərdoğan namizədliyini açıqladı

   Ərdoğan namizədliyini açıqladı
  09 İyun 2022    Oxunub:1103
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə baş tutacaq prezident seçkilərində namizəd olacağını açıqlayıb.
AzVision.az xəbər verir ki, Türkiyə lideri bu barədə İzmirdə çıxış edərkən deyib. O çıxışı zamanı Türkiyə müxalifətinin liderlərindən olan Kamal Kılıçdaroğluna səslənib:

“Hər zaman bəhanə gətirməkdən vaz keç. Namizədlik məsələsini artıq uzada bilməyəcəksən. Deyirsiniz ki, seçkinin vaxtı aydın olmalıdır. Budur, gələn il iyunun ortalarında seçki keçiriləcək. Qaçmağa yerin yoxdur, Kamal bəy. Deyirsən ki, Cümhur İttifaqının namizədi müəyyənləşsin. Burada deyirəm, Cümhur İttifaqının namizədi Tayyib Ərdoğandır".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti