MİQ üçün 15 imtahan mərkəzi ayrılacaq
N.İsmayılbəyli bildirib ki, imtahan üçün müəllimlərin özlərinin qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur:
"Qeydiyyat Regional Təhsil İdarələri tərəfindən aparılacaq. Müəllimlərin işə qəbulu (MİQ) imtahanları üçün 15 imtahan mərkəzinin ayrılması nəzərdə tutulub. Sertifikasiyada bunlardan 8-i istifadə olunacaq".
O əlavə edib ki, sertifikasiya imtahanlarının avqust ayının sonunda keçirilməsi planlaşdırılır və imtahanlardan sonra ilin sonuna kimi müsahibələr təşkil ediləcək.
Mərkəz rəsmisinin sözlərinə görə, testdən sonra müsahibə mərhələsi təşkil ediləcək: "Bu il üçün müsahibə mərhələsinin sentyabrdan başlamasını planlaşdırırıq”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


