Azərbaycanlı vəkilin qeyri-adi hobbisi: 80 ölkədən 90-dan çox mantiya toplayıb

   Azərbaycanlı vəkilin qeyri-adi hobbisi:    80 ölkədən 90-dan çox mantiya toplayıb
  09 İyun 2022    Oxunub:2426
Azərbaycanlı vəkil dünyanın 80 ölkəsindən hakim, prokuror və vəkillərinin mantiyalarının kolleksiyasını yığıb.
AzVision.az xəbər verir ki, Anadolu Agentliyinə müsahibəsində vəkil Kamandar Nəsibov Amerikadan Asiyaya, Afrikadan Avropaya qədər bütün qitələrdən topladığı mantiyaları müzeyə döndərdiyi bürosunda sərgiləyir.
Nəsibov dünyanın bütün ölkələrindən hüquqçu mantiyalarını toplamaq niyyətindədir. 40 il hüquq sahəsində, 20 il vəkil kimi çalışan müsahib mantiya toplamağa 2019-cu ildən başlayıb.

- Çinə səfər edərkən oranın Vəkillər Bürosundan mənə mantiya hədiyyə edildi. O gündən sonra buna marağım artdı. Pandemiya olsa da artıq 80-dən çox ölkədən 90-dan çox mantiya toplamışam.



Mantiyaların hamısının orijinal olduğunu, heç bir yerdə tikdirmədiyini, birbaşa mənbədən əldə etdiyini deyən Nəsibov "müxtəlif ölkələrin vəkilləri, məhkəmələri ilə əlaqə saxlayıb, onlardan mantiya tələb edirəm, bir çoxunun da rüsumu ödəyirəm" deyə qeyd edib.

- Belə kolleksiya dünyada ilkdir. Fransada daha bir nəfər vəkil paltarları toplayır. Amma məndə ondan çoxdur. Həm mən onun kimi təkcə vəkil mantiyası deyil, həm də hakim, prokuror mantiyaları yığıram. Kolleksiya içərisində nadir mantiyalarım da var. Fransadan olan nümunədən dünyada 4 dənədir və onun biri məndədir. Onu əldə etmək üçün bir il yarım çalışdım".



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti