Zelenski NATO-nun Madriddəki sammitinə dəvət olunur

   Zelenski NATO-nun Madriddəki sammitinə dəvət olunur
  09 İyun 2022    Oxunub:1954
Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun dövlət və hökumət başçılarının iyunun 28-30-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək görüşünə dəvət olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, görüşün yekun proqramı hələlik alyans tərəfindən təsdiqlənməyib. Bundan sonra Ukrayna prezidentinin görüşdə iştirakı üçün dəvət göndəriləcək.

Sammitdə ümumilikdə 5 minə yaxın iştirakçının - nümayəndə heyətlərinin və müxtəlif təşkilatların üzvləri, jurnalistlərin olacağı gözlənilir. İclasa 40-dan çox beynəlxalq lider gəlməlidir.

AzVision.az


Teqlər:



Xəbər lenti