Ərdoğandan Yunanıstana xəbərdarlıq: "Ağlını başına yığsın"

 Ərdoğandan Yunanıstana xəbərdarlıq:    "Ağlını başına yığsın"
  09 İyun 2022    Oxunub:1899
"Yunanıstanı bir əsr əvvəl olduğu kimi bir daha xəbərdar edirik ki, xəyallardan, ritorikadan və peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, özünə gəlsin, ağlını başına yığsın".

AzVision.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.
O bildirib ki, Türkiyə heç kimin haqqını və hüququnu pozmur, lakin öz haqqını və hüququnu da heç kimə verməz:

"Ölkəmizin materikindən 2 kilometrdən az, Yunanıstandan isə 600 kilometrdən çox məsafədə yerləşən Şərqi Aralıq dənizindəki Meis adasına 40 min kilometrlik dəniz yurisdiksiyası tələbinin mənasını beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq. Qeyri-hərbi statuslu adalardan müxtəlif təlimlərdə istifadə etməyə çalışmağın, NATO və üçüncü tərəf ölkələrini bu qanunsuzluğa alət etməyə çalışmağın sonu fəlakətlə nəticələnəcək səydən başqa bir mənası yoxdur”, - Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib ki, Yunanıstan Avropa Birliyinin üzvü olsa da, Birliyin dəyərlərinə, ümumbəşəri insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlığa təzyiqlərini davam etdirir”.

AzVision.az


Teqlər:



Xəbər lenti