"Severodonetski tam şəkildə məhv etməyə çalışırlar"

"Severodonetski tam şəkildə məhv etməyə çalışırlar"
  10 İyun 2022    Oxunub:1109
Severodonetsk mübarizə aparır, lakin rus işğalçıları öz yollarında qarşısına çıxan hər şeyi məhv edirlər. AzVision.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergeyi Qayday məlumat yayıb.
- Onlar səkkiz ildir ki, Luqanskda heç nə tikmirlər, Popasna və Rubijnedə nə suyu, nə də işığı bərpa etməyə belə cəhd etmirlər. Sadəcə oraları məhv edirlər. "Russkiy dünyası" - bu sadəcə səhradır. Düşmən bu məqsədinə çatmağa çalışır. Əsas müəssisələrdən olan “Azot” ammonyak zavodu kimə mane olurdu axı?, - Luqansk rəhbəri gileylənib.

O, həmçinin qeyd edib ki, Severodonetskdə döyüşlər davam edir. Gorskaya və Popasnyanskaya icmalarının yaşayış məntəqələrində də gərgin döyüşlər gedir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti