Qanunsuz parklanma yerində Xan çinarı əkildi - FOTO

  Qanunsuz parklanma yerində Xan çinarı əkildi -   FOTO
  10 İyun 2022    Oxunub:1856
Bakı şəhəri Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında salınmış qanunsuz parklanma yeri ləğv edildikdən sonra orada ağac əkilib.
Bu barədə AzVision.az -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, həmin yerdə Xan çinarı ağacı əkilib.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. Daha sonra parkinq sökülüb, səki bərpa edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti