Bildirilir ki, ötən gün Ermənistana səfər edən ABŞ dövlət katibinin köməkçisinin müavini Kara Makdonald erməni LGBT icmasının nümayəndələri ilə görüşüb. "Bəzi məlumatlara görə, o, LGBT-çilərin hüquqlarını müdafiə etmək üçün Ermənistan hakimiyyəti ilə birlikdə çalışdıqlarını bildirib. Görüş iştirakçılarından bəziləri hətta amerikalılarla baş tutan bu müzakirələri əks etdirən fotoları da paylaşıblar. Onlar paylaşımlarda səfir Treysiyə dəstəyinə görə təşəkkürlərini bildiriblər”, - məqalədə yazılıb.
Qeyd edək ki, 2018-ci ildə ölkədə məxməri inqilab baş verəndən sonra Ermənistan LGBT üçün ideal məkana çevrilib. Yerli media hətta dövlət strukturlarında, baş nazirin komandasında belə xeyli sayda cinsi azlıq nümayəndəsinin olması barədə dəfələrlə yazıb.
Tural Tağıyev
AzVision.az