|
| "Uzaq mənzilli artilleriya ilə Severodonetski üç günə “təmizləyərik” |
- Hazırda artilleriya müharibəsi gedir. Gələcək proeselər indi cəbhə xəttində həll olunacaq və biz artilleriya baxımından uduzuruq, - kəşfiyyat rəsmisi gileylənib.
Məqalədə qeyd edilir ki, indi hər şey Qərbin Ukraynanı nə ilə təmin edəcəyindən asılıdır.
- Ukraynada olan Rusiyanın hər 10-15 artilleriya bölməsinə bir artilleriya bölməsi düşür. Qərb tərəfdaşlarımız əllərində olanların təxminən 10%-ni bizə verdilər, - o, fikirlərinə əlavə edib.
Skibitskinin sözlərinə görə, Ukrayna gündə 5-6 min artilleriya atəşindən istifadə edir.
- Biz demək olar ki, bütün artilleriya sursatlarımızı işlətmişik və hazırda NATO-nun standart 155 kalibrli snaryadlarından istifadə edirik, - Skibitski qeyd edib.
Ukrayna kəşfiyyat rəsmisi onu da vurğulayıb ki, “Avropa həm də daha aşağı çaplı mərmilər verir. Lakin Avropada da onlar tükəndiyi üçün istifadə olunan mərmilərin sayı getdikcə azalır”.
Qeyd edək ki, Rusiya Ukraynaya hərbi müdaxilə edəndən sonra əksər Qərb ölkələri Kiyevə aktiv şəkildə hərbi yardımlar edirlər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


