Kommandolardan şərti düşmənin zərərsizləşdirilməsi əməliyyatı - VİDEO

   Kommandolardan şərti düşmənin zərərsizləşdirilməsi əməliyyatı -    VİDEO
  10 İyun 2022    Oxunub:1132
Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib. Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.
Komandolar əməliyyat rayonunun dərinliyinə sızaraq müvəqqəti sığınacaqların mühasirəyə alınması və şərti düşmənin zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.

Keçirilən təlimlərin əsas məqsədi şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

AzVision.az



Teqlər: Kommando   Təlim  



Xəbər lenti