Ermənistanda teleşirkət rəhbəri saxlanılıb

   Ermənistanda teleşirkət rəhbəri saxlanılıb
  10 İyun 2022    Oxunub:1558
Ermənistanda teleşirkət rəhbəri həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
II Qareginin prokuror işləyən qardaşı oğlu həbs edildi
Bildirilir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Yerkir Media” teleşirkətinin direktoru Baqrat Yesayanı saxlayıblar.

"Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları teleşirkətdə heç bir əlavə tədbirlər görməyiblər. Nə axtarışlar aparılıb, nə də başqa bir fəaliyyət. Sadəcə olaraq Yesayanı özləri ilə aparıblar", - saytlar yazıb.

Yesayanın vəkili Vahe Yeprikyan isə Sputnik Ermənistan-a bildirib ki, o, hazırda MTX-dadır və hələlik ətraflı məlumat verə bilməz.

Qeyd edək ki, bu gün MTX katolikos II Qareginin qardaşı oğlu, prokuror işləyən Koryun Nersisyanı da saxlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs  



Xəbər lenti