"Makron gələn həftə Kiyevə gedə bilər" - Le Figaro

   "Makron gələn həftə Kiyevə gedə bilər" -    Le Figaro
  10 İyun 2022    Oxunub:2334
Fransa prezidenti Emmanuel Makron gələn həftə Kiyevə səfər edə bilər. AzVision.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
Yerli saytlar Paris Ukraynaya əlavə altı yeni “Sezar” özüyeriyən artilleriya silahının çatdırılmasının yollarını axtarır. Media Makronun Ukraynaya səfəri zamanı bu ikinci partiya silahın təhvil verilməsinin reallaşacağını iddia edir.

Qeyd edək ki, müharibədən əvvəl Fransa ordusunda cəmi 76 "Sezar" özüyeriyən artilleriya silahı var idi. Ukraynaya daha 6 silah təhvil verilərsə, Kiyevda olan məlum silahıar bütün Fransız "sezarlar"ının 16%-ni təşkil edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Makron   Kiyev  



Xəbər lenti