"Pekin və ABŞ hərbi münaqişələrdən qaçmalıdır" - Çinli nazir

   "Pekin və ABŞ hərbi münaqişələrdən qaçmalıdır" -    Çinli nazir
  10 İyun 2022    Oxunub:1202
Çin və ABŞ orduları münaqişə və qarşıdurmadan qaçmalıdır. AzVision.az xəbər verir ki, bunu Çinin müdafiə naziri Vey Fenxe Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşündə deyib.
- Birləşmiş Ştatlar Çinin inkişafı və böyüməsinə rasional yanaşmalıdır. Vaşinqton Pekinə hücum etməməli, onu ləkələməməli, cilovlamamalı və ya təzyiq göstərməməlidir. Çinin daxili işlərinə qarışmaq və onun maraqlarına xələl gətirmək lazım deyil, - Vey Fenxe deyib.

Onun sözlərinə görə, bu, Pekin və Vaşinqton arasında münasibətləri yaxşılaşdırmağın yeganə yoludur.

Çinin müdafiə naziri həmçinin qeyd edib ki, silahlı qüvvələr arasında sabit münasibətlər ikitərəfli dövlətlərarası əlaqələrin inkişafı üçün son dərəcə vacibdir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin   ABŞ  



Xəbər lenti