Artilleriya rusların gizləndiyi evi havaya uçurdu - VİDEO

         Artilleriya rusların gizləndiyi evi havaya uçurdu -    VİDEO
  10 İyun 2022    Oxunub:1216
Ukraynada gərgin döyüşlərin getməsini əks etdirən yeni görüntülər yayılıb. AzVision.az xəbər verir ki, yerli medianın təqdim etdiyi videoda əvvəlcə havadan dronla kəşfiyyat aparılması əks olunub.
Ukraynada adi dronu "ölüm maşınına" belə çevirirlər - VİDEO
Kəşfiyyat çəkilişində aşkar görünür ki, xeyli sayda rus hərbçi qaçaraq evlərdən birinə sığınıb gizlənir. Daha sonra isə drondan əldə olunmuş məlumatlar əsasında koordinatlar artilleriya bölmələrinə ötürülüb. Bir neçə saniyə sonra Ukrayna ordusu həmin binanı ağır artilleriya ilə havaya uçurur.

Yerli saytlar hətta partlayışların yaratdığı güclü dalğadan belə orada salamat canlının qalmasını inandırıcı görməyib. Qeyd edilir ki, məlum zərbələrdən sonra ən azı 15 nəfər dağıntılar altında qalıb.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Ukrayna   Artilleriya  



Xəbər lenti